Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT Baş katibi Antonio Quterreşlə görüşüb.
Mugantv xəbər verir ki, bu barədə Ş.Mişel tviterdə yazıb.
Paylaşımda tərəflərin Ukraynadakı müharibənin qlobal təsirlərini müzakirə etdikləri qeyd olunub. Həmçinin, ərzaq qiymətlərinin aşağı salınmasına kömək edən “Taxıl razılığı” məsələsi barədə fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, onlar Afrika İttifaqının 36-cı assambleyası çərçivəsində bir araya gəliblər.
Comments