Şabran rayonunda baş verən bədbəxt hadisə nəticəsində 10 yaşlı uşaq ölüb, daha bir uşaq isə xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində hasarın aşması nəticəsində 2011-ci il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlu ölüb. Onunla birlikdə olan 9 yaşlı Məmmədov Pənah Zaur oğlu isə xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir
Yorumlar