Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarina milli komandamız adına növbəti lisenziyanı qazandırıb.
Muğan TV xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Üzgüçülük üzrə Milli komandasının baş məçqçisi Rəşad Əbdürrəhmanov deyib.
Onun sözlərinə görə 19-21 mart 2021 ci il tarixlərdə Turkiyənin Istanbul şəhərində 7 ölkənin iştirakı ilə keçirilən üzgücülük üzrə Olimpiya Oyunlarına lisenziya xarakterli Beynəlxalq yarışda Azərbaycan Millisi 8 idmançı ilə iştirak edib. Yarışın ilk günündə Millimizin üzgüçüsü Ramil Vəlizadə 200 m batterflyay üsulunda 1.59.75 nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq Tokio 2021 Yay Olimpiya Oyunlarina B lisenziyasi qazanmışdır. Digər idmançımız Şeixalızadəhanqah Məryəm 100 m batterflyay üsulunda A finalına vəsiqə qazanaraq finalda gümüş medal, 50 m batterflyay üsulunda isə A finalina vesiqe qazanaraq finalda burunc medala layiq görülmüşdür. Baş məçqçi onu da əlavə edib ki, Üzgüçülük üzrə Millimizin ən gənc idmancılarindan biri olan Əbdurrəhman Rüstəmov isə bu yarışda 200 m batterflyay usulunda (2.09.59) öz nəticəsini yaxşılaşdıraraq Idman Ustası normativini doldurmüş, digər idmancilarimiz isə öz şəxsi nəticələrini yaxşılaşdırmaqla vətənə dönüblər:
"Türkiyədə keçirilən bu beynəlxalq turnirdə Ramil Vəlizadə, Məryəm Şeixalızadəhanqah və digər millimizin üzvlərinin yüksək nəticə göstərməsi bu il Türkiyədə keçiriləcək İslam Həmrəylik Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin də bizim federasiyanın dəstəyi ilə məşqçilərimizin səyi nəticəsində son 1 ayda millimiz nəticə etibarı ilə 4 Idman Ustasi dərəcələri və Tokio 2021 Yay Olimpiya Oyunlarına B lisenziyasi qazanmışdır. Bu da öz növbəsində Azərbaycan üzgüçülük tarixində yeni bir rekord göstəricidir".
Comments