top of page

Zelenski xalqa müraciət edib: "Əminəm ki, bu il qələbə ili olacaq"


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın genişmiqyaslı müharibəyə başlamasının ildönümündə ukraynalılara müraciət edib.

Bu barədə UNIAN məlumat yayıb.

Prezident 15 dəqiqəlik çıxışında ukraynalıların məğlub olmadıqlarını və öz qələbələri üçün mübarizələrini davam etdirəcəklərini vurğulayıb.

O, 2023-cü ilin Ukrayna üçün qələbə ili olacağına əminliyini ifadə edib.

“Bir il əvvəl bu gün səhər saat 7 radələrində cəmi 67 saniyə davam edən qısa bəyanatla sizə müraciət etdim. 2022-ci ilin 24 fevral tarixi məhz belə başladı. Bu, həyatımızın ən uzun və yaxın tariximizin isə ən ağır günüdür”, - o qeyd edib.

Comments


bottom of page