top of page

Zelenski Aİ sammitində iştirak etmək üçün Brüsselə səfər edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) sammitində iştirak etmək üçün bu gün Brüsselə səfər edəcək.

Mugantv "Euractiv"ə istinadən xəbər verir ki, o, səfər çərçivəsində Avropa Parlamentində çıxış edəcək və bir sıra görüşlər keçirəcək.

Dövlət başçısının Aİ liderlərini Kiyevə hərbi yardımı artırmağa və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağıracağı güman olunur. Onun Rusiyanın nüvə enerjisi sahəsinə və “Rosatom” şirkətinə qarşı məhdudiyyətlərin tətbiq edilməsini istəyəcəyi də gözlənilir.

Comments


bottom of page