top of page

Yeni Zelandiyada tropik siklon nəticəsində 9 nəfər ölüb


Yeni Zelandiyanın Şimal adasında “Qabriel” tropik siklonu nəticəsində meydana gələn torpaq sürüşmələri və daşqınlar azı 9 nəfərin ölümünə səbəb olub.


Hüquq-mühafizə orqanlarının məlumatına görə, indiyədək 9 nəfərin meyiti tapılıb.

Yeni Zelandiya polis komissarı Endryu Koster Şimal adasındakı şəhər və qəsəbələrdəki dağıntıların ciddi olduğunu, lakin ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağına dair heç bir əsasın olmadığını deyib.

Qeyd edək ki, hakimiyyət orqanlarının bütün səylərinə baxmayaraq, siklonun əsas zərbə vurduğu Yeni Zelandiyanın Şimal adasının mərkəzi və cənub-şərq bölgələrində vəziyyət çətin olaraq qalır. Daşqınlar səbəbindən təxliyə edilən insanların əksəriyyəti hələ də evlərinə qayıda bilmir, Şimal adasında azı 62 min insan işıqsız və rabitəsiz qalır, bir sıra şəhərlərdə su sistemləri sıradan çıxıb.

Comments


bottom of page