top of page

Xərçəng xəstəliyinə qalib gələn futbolçu 531 gündən sonra oyuna çıxıb


Xərçəng xəstəliyinə qalib gələn İngiltərənin “Bornmut” klubunun futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

Bu, Premyer Liqanın XXVIII turunun “Aston Villa” ilə matçına təsadüf edib.

26 yaşlı uelsli yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər qarşılaşmasının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında Devid Bruksa xərçəng xəstəliyi diaqnozu qoyulub.

Comments


bottom of page