Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vurmuş müdafiəçilərin siyahısını yeniləyib.
Mugantv IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda Fransanın PSJ klubunda çıxış edən Serxio Ramos ilk pillədə qərarlaşıb.
37 yaşlı futbolçu karyerası ərzində 130 dəfə fərqlənib.
Yaponiya yığmasının sabiq üzvü Markus Tulio Tanaka 104 qolla ikinci sıradadır. Əlcəzairli Abderahman Haşud və kosta-rikalı Keyler Soto 93 qolla 3-4-cü yerləri bölüşdürürlər.
Comments