top of page

"Vətən müharibəsində gənclərimiz yüksək vətənpərvərlik nümunəsi göstərdi" - Deputat


Azərbaycanda həyata keçirilən düşünülmüş gənclər siyasəti, gənclərin vətəpərvər ruhda tərbiyə edilməsi 44 günlük müharibədə öz nəticəsini verdi.

Muğan Tv-i bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, Vətən müharibəsində qələbə qazanmağımızda son 17 ildə vətənpərvər ruhda böyüdülən gənclər başlıca rol oynadı: "Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib.

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.

Gənc nəslin vətəpərvərlik ruhunda tərbiyə edilməsi hər zaman ölkəmizdə gənclər siyasətinin təməl prinsipləridən biri olub. Dövlətimizin bu istiqamətdə bugünə qədər apardığı işlər olduqca müsbət nəticələr verib. Bu gün gənclərimizin vətənpərvərlik hissi arzu olunan səviyyədədir. İstər Aprel döyüşlərində, istərsə də Tovuz istiqamətində gedən döyüşlər zamanı biz cəmiyyətimizin, xüsusuilə də gənclərimizin və hərbçilərimizin vətənpərvərlik hissinin nə qədər yüksək olduğunun bir daha şahidi olduq.

Məhz cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə yetişən vətənpərvər gənclər torpaqlarımızın işğaldan azad edilməsinə başlıca rol oynadı. Bu döyüşlər zamanı gənclərimizin göstərdiyi yüksək vətənpərvərlik nümunələri bütün Azərbaycan xalqını çox qürurlandırdı, gənclər siyasətinin nə qədər düzgün qurulmasını və həyata keçirilməsini aydın şəkildə göstərdi".

Comentários


bottom of page