“Baxmutla bağlı bütün ssenarilərə hazırıq və mövcud vəziyyətə uyğun davranacağıq”.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətindəki ən qaynar nöqtələrdə olarkən deyib.
O bildirib ki, Baxmutun müdafiəsi hərbi zərurətdir: “Əsgərlərimizin qəhrəmanlığı və cəsarəti, həmçinin silahlardan düzgün istifadə şəhərin müdafiəsini təmin etməyimizə imkan yaradır”.
Qeyd edək ki, Donetsk vilayətinin Baxmut şəhəri Ukraynakı müharibənin ən qaynar nöqtələrindən biridir. Təxminən 6 aydır ki, orada gərgin döyüşlər gedir. Rus hərbçiləri şəhəri mühasirəyə alsalar da, içəri girə bilməyiblər
Comments