top of page

Türkiyədə daha üç voleybolçu zəlzələ nəticəsində həlak olub


Türkiyənin daha üç voleybolçusu ölkədəki zəlzələ nəticəsində dünyasını dəyişib.

Mugantv xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

"Rasus Kimya Hatay"ın oyunçularından Gözde Öztürk, Dilek Mucuk və Ahsen Baş vəfat ediblər.

Daha əvvəl bir neçə voleybolçunun da eyni səbəbdən öldüyü bildirilib.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.

Comentarios


bottom of page