top of page

Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub


Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.

Muğan tv TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Comments


bottom of page