Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.
Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
Comments