top of page

Sarkisyan Konstitusiya Məhkəməsinə müraciət edib


Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə baş nazir Nikol Paşinyanın təqdimatı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Armen Sarkisyan martın 2-də Konstitusiya Məhkəməsinə müraciətində məhkəmə 2018-ci ildə “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qəbul edilmiş qanuna, Əsas Qanuna dəyişikliyə nəzər yetirməsini xahiş edib.

Qeyd edək ki, Armen Sarkisyan Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı Nikol Paşinyanın təqdimatını imzalamayıb.


Comments


bottom of page