top of page

Rusiyanın daha 10 şirkətinə Azərbaycana məhsul ixrac etmək hüququ verilib


Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın daha 10 müəssisəsinə Azərbaycana məhsul ixrac etmək hüququ verib.

Mugantv bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, həmin müəssisələr heyvandarlıq məhsulları, həmçinin yem və yem əlavələri istehsal edir. Qərar "Rosselxoznadzor"un müəssisələrin Azərbaycanın normativ tələblərinə uyğunluğu ilə bağlı verdiyi təminat əsasında qəbul edilib.

Hazırda 1 190-dan çox Rusiya şirkətinin Azərbaycana mal ixrac etmək hüququ var.

Comments


bottom of page