top of page

Rusiya səfiri Moldovada XİN-ə çağırılıb


Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Mugantv Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova XİN-dən bildirilib.

Qeyd olunub ki, buna səbəb Rusiyanın Moldovanın hava məkanını pozmasıdır.

Qeyd edək ki, bu gün Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın hava məkanına daxil olub. Moldova Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, durum diqqətlə izlənilir. Həmçinin Rusiyanın bu addımı qətiyyətlə pislənilib.

Comments


bottom of page