Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VI plenumu keçirilib.
Müşfiq Əmirov böyük səs çoxluğu ilə Komitənin sədri seçilib.
O, uzun müddət o vaxtkı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində mətbuat xidmətinin rəhbəri, şöbə müdiri, nazir müşaviri vəzifələrində fəaliyyət göstərib, Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə, eyni zamanda bir çox ictimai və beynəlxalq təşkilatların fəxri fərman, diplom və sertifikatlarına layiq görülüb, ”Qızıl qələm” Media mükafatı laureatıdır.
Comments