Qəbələ, Quba, Masallı rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 13 kömür quyusu aşkarlanıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Qalib Cabbarov, Alim Səmədli, Stepan Kankalov, Quba rayon sakini Xalıq Baxışov, Masallı rayon sakinləri Telman Əliyev, Abid Abasquliyev, Asim Heydərov, Süleyman Süleymanov, İsrafil Abdullayev, Saməddin Feyzullayev, Yadigar Qurbanov, İxtiyar Səfərov olduğu müəyyən edilib.
Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyuları ləğv olunub.
Comments