Qırğızıstan Prezidenti Sadır Japarov hakerlərin hücumuna məruz qalıb.
TASS agentliyi xəbər verir ki, xəbər verir ki, prezidentin feysbukdakı şəxsi səhifəsi heklənib.
Dövlət başçısının mətbuat katibi Qalina Bayterek naməlum şəxslərin prezident adından bir çox şərh yazdığını açıqlayıb: “Prezident Sadır Japarovun Feysbuk sosial şəbəkəsindəki şəxsi səhifəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Onlar müxtəlif səhifələrdə bu addan istifadə edərək şərhlər yazıb. Dövlət başçısının Feysbuk səhifəsindən göndərilən son şərhlərlə heç bir əlaqəsi yoxdur”.
Comments