Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkədə rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkeni qəbul edib.
Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
Dövlət başçısı Birləşmiş Ştatlar diplomatiyasının rəhbərini ölkəsində salamlamaqdan məmnun olduğunu söyləyib.
Kasım-Jomart Tokayev qeyd edib ki, diplomatik münasibətlər qurulandan bəri Astana və Vaşinqton həm ikitərəfli, həm də çoxtərəfli formatda nümunəvi əməkdaşlıq qurub.
Comments