top of page

Qaxdakı qanunsuz ova görə xidməti araşdırmalar başlanılıb


"Ekologiya və Təbii Sərvətlər Nazirliyində sosial şəbəkələrdə əcnəbi turistlərin hərəkətləri ilə bağlı vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı işçi qrup yaradılıb və xidməti araşdırmalar başlanılıb".


Muğan TV Report-a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam edir: “Hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla bağlı ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.



Comments


bottom of page