top of page

“Qarabağ”ın sabiq legioneri: “Gent”lə oyun Belçikada təəccüblə qarşılandı”


“Qarabağ”ın “Gent”lə Bakıdakı ilk oyunu Belçikada təəccüblə qarşılandı”.

Bunu açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Faysal Rerras Azərbaycan və Belçika klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyunla bağlı danışarkən deyib.

Mərakeş əsilli belçikalı müdafiəçinin sözlərinə görə, çoxları Azərbaycan təmsilçisindən bu cür performansı gözləməyib: “Əlbəttə ki, mənim üçün təəccüblü olmadı. “Qarabağ” Belçikanın böyük komandaları kimi, zəngin Avropa təcrübəsinə malikdir. Sadəcə, Belçikada futbol ictimaiyyəti “Gent”lə görüşdə belə üstün oyun gözləmirdi. Fikrimcə, son dəqiqələrdəki hücumlar zamanı ikinci qolun vurulmaması “Gent”in xeyrinə işləyə bilər”.

2019/2020 mövsümündə “Qarabağ”ın formasını geyinmiş 30 yaşlı sol cinah oyunçusu cavab qarşılaşmasında gərgin mübarizənin olacağını düşünür: “Gent”in kifayət qədər güclü futbolçuları var ki, belə vəziyyətlərdə ön plana çıxa bilirlər. Onlara qarşı dəfələrlə çıxış etmişəm. Baş məşqçiləri də böyük təcrübəyə malikdir. Buna görə də, ilk oyundakı 1:0 hesablı qələbəyə baxmayaraq, “Qarabağ”ın işi çətin olacaq”.

Qeyd edək ki, fevralın 23-də “Qelamko Arena”da keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Комментарии


bottom of page