“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna məğlub olaraq avrokuboklarla vidalaşmaları ilə bağlı paylaşım edib.
Azərbaycan millisinin müdafiəçisi instaqram səhifəsində Ağdam təmsilçisinin kollektiv şəklini paylaşaraq, getdikcə daha güclü olacaqlarını yazıb.
26 yaşlı oyunçu növbəti mövsüm avrokuboklarda daha uğurlu çıxış edəcəklərini vurğulayıb: “Bu son deyil. Biz daha güclü qayıdacağıq”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında keçirilən hər iki oyunda meydan sahibi 1:0 hesablı qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan belçikalılar (5:3) mübarizəni davam etdiriblər.
Comments