top of page

Qanunsuz kömür quyuları ləğv olunub


Qəbələ və Göygöl rayonlarında qanunsuz kömür quyuları ləğv olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun Nic kənd sakini Vitali Dallari, Göygöl rayonunun Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmin kömür quyuları ləğv olunub.

Comments


bottom of page