top of page

PSJ-nin yetirməsi: "Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu"


"Azərbaycan klubu ilə müqavilə imzaladıqdan sonra sağlamlıq problemlərim oldu, bu da müəyyən fəsadlar yaratdı".

Mugantv xəbər verir ki, bunu "Qəbələ"nin sabiq futbolçusu Abdelrafik Jerar yetirməsi olduğu Fransanın PSJ klubunun rəsmi saytına müsahibəsində deyib.

Hazırda ölkəsi Fransada "Rasinq"in formasını geyinən 30 yaşlı yarımmüdafiəçi iki ildən çox futbolsuz qaldığını xatırladıb: "Artıq gündəlik həyatdan və hər şeydən zövq alıram. Uzun müddətdən sonra buna ehtiyacım var idi".

Jerar komandasının iddialı olduğunu da söyləyib: "Yaxşı heyətimiz var. II Milli Liqanın A qrupunda ikinci pillədəyik. Bu, Milli Liqaya yüksələcəyimizə inam verir".

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Qəbələ" ilə müqavilə bağlayan Abdelrafik Jerar həmin ilin iyununda klubdan ayrılıb. O, bu ilin əvvəlindən "Rasinq"in uğurları üçün çalışır.

Comments


bottom of page