top of page

Prezident İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb


Azərbaycan Brüssel prosesini dəstəkləyir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Comentarios


bottom of page