top of page

Premyer Liqa klubları "Mançester Siti"nin çempionatdan kənarlaşdırılmasını istəyir


İngiltərə Premyer Liqasında çıxış edən klublar maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti"nin çempionatdan kənarlaşdırılmasını istəyirlər.

Mugantv "Sky Sports"a istinadən xəbər verir ki, "şəhərlilər"ə qarşı ittihamlar təsdiqini tapsa, onlara heç bir güzəşt olmayacaq.

Mançesterlilərə ən çox ölkədəki digər böyük klublar zərbə vururlar. Bunlar "Mançester Yunayted", "Arsenal", "Liverpul", "Çelsi" və "Tottenhem"dir.

Bildirilir ki, müstəqil komissiyada baxılan prosesə Premyer Liqa klubları müdaxilə edə bilməz.

Qeyd edək ki, "Mançester Siti" 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək çoxsaylı maliyyə feyr-pley pozuntularında günahlandırılır.

Comentarios


bottom of page