ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Hindistanın paytaxtı Yeni Dehlidə görüşünün qısa təmas olduğunu, lakin Rusiyanın bunu məqsədli şəkildə böyütməyə çalışdığını bildirib.
Qeyd edək ki, Yeni Dehlidə keçirilən G20 Sammiti çərçivəsində Blinkenin rusiyalı həmkarı Lavrovla görüşü Vaşinqtonda müzakirələrə səbəb olub.
Praysın ənənəvi mətbuat konfransında iki nazirin Ukrayna müharibəsindən sonra ilk üz-üzə görüşü gündəmə gəlib.
“Bilirəm, rusiyalı həmkarlarımız bunu böyütməyə çalışırlar, lakin bizim üçün çatdırılmalı olan məqam budur; bu sadəcə qısa görüş idi, uzun müddətli təkbətək söhbət deyildi”, - Ned Prays Blinkenin Lavrovla görüşməsi ilə bağlı suala belə cavab verib.
Prays deyib ki, Blinkenin Lavrova üç mesaj verib: Rusiyanın Strateji Silahların Azaldılması Müqaviləsini (START) dayandırmasının ABŞ və dünyada narahatlıq doğurduğunu, Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Uilanın azad edilməsini və Birləşmiş Ştatların Ukraynanı dəstəkləməkdə qərarlı olduğunu.
“Blinkenin həmkarına “müharibənin bitməsini Ukraynadan çox istəyən yoxdur. Biz bu məsələdə Ukraynanın yanındayıq və arzumuz müharibənin bitməsini görməkdir və bu səyləri dəstəkləməyə hazırıq”, - dedi”, - Prays vurğulayıb.
Qeyd edək ki, iki ölkənin xarici siyasət rəhbərləri Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ilk dəfə üz-üzə gəliblər.
Opmerkingen