top of page

Polşa XİN: “Belarusla sərhəddən keçən nəqliyyatın hərəkətini dayandırmağa hazırıq”


“Polşa Belarusla sərhəddən keçən nəqliyyatın hərəkətini tamamilə dayandırmağa hazırdır”.

Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Polşa radiosunun efirində bildirib.

“Əgər belə bir ehtiyac varsa və bu, xüsusən də təhlükəsizlik məsələləri ilə bağlı olarsa, buna mütləq hazırıq. Amma bu məsələni hadisələrin gedişatı nəzərə alınaraq təhlil edəcəyik”, - o deyib.

Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, Varşava çərşənbə axşamı saat 19:00-dan etibarən Polşa-Belarus sərhədində fəaliyyət göstərən sonuncu keçid məntəqəsində - Kukurıki-Kozloviçidə yük maşınlarının hərəkətini dayandıracaq. Ötən həftə isə Polşa hakimiyyətinin təşəbbüsü ilə Polşa-Belarus keçid məntəqəsi olan Bobrovniki bağlanıb.

コメント


bottom of page