top of page

Pike ilk dəfə Şakiranın qalmaqallı mahnısından danışdı


"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike keçmiş həyat yoldaşı Şakiranın onun xəyanəti haqqında oxuduğu mahnıya ilk dəfə münasibət bildirib.

O, bu barədə "RAC1" radiosunun efirində danışıb.

"Bəli, əlbəttə. Bu barədə danışmaq istəmirəm" deyə J.Pike radio aparıcısının Şakiranın qalmaqallı mahnısını eşitib-eşitməməsi ilə bağlı sualına cavab verib

Futbolçu eyham vurub ki, o, düzgün hərəkət edib və bundan peşman deyil. "Hər kəs ən yaxşı hesab etdiyi qərarları verir. Mən yaxşıyam, xoşbəxtəm" - o bildirib.

Pike övladlarından da söz açaraq "Bizim borcumuz var, biz valideynlər uşaqlarımızı qorumalıyıq. Hər kəs özü qərar verir. Artıq bu haqda danışmaq istəmirəm. Mən sadəcə övladlarımın yaxşı olmasını istəyirəm. Uşaqlarla həmişə yaxın münasibətim olub. Məni övladlarımın xoşbəxtliyi qədər heç nə sevindirmir" sözlərini deyib.

Qeyd edək ki, Şakira ilə Pike 2022-ci ilin iyununda ayrılıblar. Buna səbəb Pikenənin həyat yoldaşına gənc xanımla xəyanət etməsi olub. Bundan sonra məşhur müğənni ərinin xəyanətindən bəhs edən "Bzrp Music Sessions, Vol. 53" adlı mahnısını ifa edib.

Kommentare


bottom of page