top of page

Pentaqon rəhbəri Çinə xəbərdarlıq edib


“Çin hələ də Rusiyaya silah tədarükünü gündəlikdən çıxarmayıb”.

Mugantv xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin deyib.

Onun sözlərinə görə, çinli həmkarı ilə bu barədə danışıb: “Mən həmkarıma demişəm ki, Rusiyanın dəstəklənməsi səhv addımdır. Bu, durumu daha da çətinləşdirəcək”.

L.Ostin bildirib ki, müharibə danışıqlarla başa çatacaq: “Danışıqların başlanğıc nöqtəsi isə Rusiya qoşunlarının Ukraynadan çıxması olmalıdır. ABŞ Ukrayna Silahlı Qüvvələri üçün mexanikləşdirilmiş briqadalar hazırlayır. Onlar əlavə artilleriya ilə birlikdə Rusiyanın müdafiəsini yarıb döyüş meydanında vəziyyəti dəyişə biləcəklər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Bu gün savaşın ildönümüdür.

Comments


bottom of page