top of page

Paşinyan: “Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamayacağıq”


“Ermənistan Qarabağdakı vəziyyətə görə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil”.


Muğan TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.


“Ermənistan hərbi əməliyyatlarda iştirak etmir. Biz indiki vaxtda tələsik addım atmayacağıq”, - o qeyd edib.


Onun sözlərinə görə, bəzi dairələr dövlət çevrilişi daxil olmaqla, müxtəlif səpkili bəyanatlar verirlər: “Bu şərtlər daxilində Ermənistan dövləti qanunvericilik çərçivəsində reaksiya verməlidir. Ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə Ermənistanın dövlətçiliyinə xələl gətirmək imkanı verilməməlidir”.


Röya Ağayeva

Comments


bottom of page