“Azərbaycan millisi üzərində qələbə gözlənilən idi”.
Mugantv xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Aleksandr İsak Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.
İngiltərənin “Nyukasl” klubunun hücumçusu qrupda ilk xalları qazanmağın vacibliyindən bəhs edib. 23 yaşlı forvard bunun klub karyerasına da müsbət təsir göstərəcəyini düşünür: “Belçikaya məğlubiyyətdən (0:3) sonra komandanın özünəinamı qaytarması baxımından Azərbaycan üzərində vacib qələbə qazandıq. Qol vurmaq üçün bir neçə şansım oldu. Fikrimcə, daha yaxşısını edə bilərdim. İstənilən halda, hamımız klubumuza yüksək əhvali-ruhiyyədə qoşulduq. Qarşıdakı oyunlarda bunun təsirini hiss edəcəyik”.
Qeyd edək ki, Aleksandr İsak Azərbaycan yığması ilə qarşılaşmada 70 dəqiqə meydanda olsa da, qol vura bilməyib.
Comments