Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar əməliyyat olunub.
31 yaşlı hücumçu Qətərin paytaxtı Dohada xəstəxanaların birində cərrahi müdaxiləyə ehtiyac duyub.
Forvardın 3-4 aydan sonra məşqlərə başlayacağı bildirilib. O, fevralın 19-da "Lill"ə 4:3 hesabı ilə qalib gəldikləri Liqa 1-in XXIV tur matçında əzələsindən zədələnmişdi.
Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.
Comments