top of page

“Neftçi”nin futbolçusu “Şamaxı”dan çəkindiklərini etiraf edib


“Neftçi”nin futbolçusu Voislav Stankoviç Premyer Liqanın XXVI turunda üz-üzə gələcəkləri “Şamaxı”dan çəkindiklərini etiraf edib.

Serbiyalı müdafiəçi klubun televiziyasına açıqlaması zamanı bölgə təmsilçisi barədə xoş fikirlər səsləndirib.

36 yaşlı oyunçu rəqibin XXIV turda evdə “Sabah” üzərində 2:1 hesablı qələbəsini xüsusi vurğulayıb: “Şamaxı” ilə oyuna yaxşı hazırlaşırıq. Bilirik ki, orada ancaq yerli futbolçular cəmləşib. Son vaxtlar da yaxşı formadadırlar. Xüsusən də, ev oyunlarını qeyd edərdim. “Sabah” üzərində qələbə qazandılar. Bizi orada çətin oyun gözləyir”.

Stankoviç müdafiənin sol cinahında Azər Əliyev və ya Azər Salahlının oynamasının onun üçün fərq etmədiyini bildirib: “Azər Salahlı ilə oynayanda da rahat oluram, Azər Əliyevlə birlikdə çıxış edəndə də. Əliyev daha yaxşı formada olduğu üçün baş məşqçi son vaxtlar ona daha çox şans verir”.

Qeyd edək ki, “Şamaxı” – “Neftçi” görüşü martın 12-də keçiriləcək.

Comments


bottom of page