top of page

Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”


“Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün 4 istiqamətdən hücum etsə də, uğur qazana bilmir”. Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib. Onun sözlərinə görə, Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün Avdeyevkanı mühasirəyə almağa cəhd göstərir: “Sadə dillə desək, Şərqdə (Ukraynanın şərqini nəzərdə tutur - red.) müdafiə əməliyyatı kifayət qədər mürəkkəbdir”. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 1-də yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 173 990 nəfərə çatıb. Son sutkada Rusiya Ukraynada 630 hərbçi itirib. Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 616 tank, 6 981 zirehli maşın, 2 631 operativ-taktiki PUA, 527 reaktiv yaylım atəşi sistemi, 2 683 artilleriya sistemi, 279 hava hücumundan müdafiə sistemi, 306 təyyarə, 291 helikopter, 5 528 avtomobil və tanker, 296 xüsusi texnika, 911 qanadlı raketdən ibarətdir.

Comments


bottom of page