top of page

Mark Milli Baxmutda 6 min “vaqnerçi”nin döyüşdüyünü açıqlayıb


ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukraynanın Donetsk vilayətinin şiddətli döyüşlərin getdiyi Baxmut şəhəri uğrunda 6 minə yaxın “Vaqner” ÖHŞ muzdlusunun və daha 20-30 min cəlb edilmiş rekrutların savaşdığını bildirib. Hit.az xəbər verir ki, bu barədə general CNN-ə danışıb. “Hazırda onlar (“vaqnerçilər” – red.) əsasən Baxmutda döyüş əməliyyatları aparırlar. Orada təqribnə 6 min civarında muzdlu və, böyük ehtimalla, daha 20 və ya 30 min rekrut döyüşür ki, onlarnı çoxu həbsxanadan çıxıb. Onlar Baxmut ərazisində böyük itkilər verirlər”, - M. Milli vurğulayıb. Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır. 2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-ın sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir. Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Comments


bottom of page