top of page

"Mançester Yunayted"in aparıcı hücumçusu "Sevilya" ilə oyunu buraxacaq


İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford İspaniya "Sevilya"sına qarşı UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.

Buna 26 yaşlı hücumçunun əzələsində zədə aşkarlanması səbəb olub.

Forvardın qarşıdakı bir neçə matçda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, Reşford "Everton"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXX tur oyununda xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 47 görüşə çıxıb və 28 qol vurub.

Comments


bottom of page