top of page

"Mançester Siti" dünya çempionu ilə müqaviləni uzadır


İngiltərənin "Mançester Siti" klubu futbolçusu Xulian Alvareslə müqavilənin müddətini uzadacaq.

Bu barədə insayder Fabritsio Romano tviterdə bildirib.

Onun sözlərinə görə, 23 yaşlı hücumçunun yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulacaq.

"Şəhərlilər" argentinalı forvardın maaşını da artıracaq. Müqavilənin martın 14-də Almaniya "Leyptsiq"inə qarşı UEFA Çempionlar Liqasının cavab matçından sonra imzalanacağı gözlənilir.

Qeyd edək ki, Xulian Alvares ötən ilin əvvəlində "Mançester Siti"yə keçib. O, 2022-ci ildə Argentina millisi ilə Qətərdəki dünya çempionatının qalibi olub

Comments


bottom of page