top of page

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb


Mahir Emreli futbol üzrə Azərbaycan millisindən kənarlaşdırılıb.

Bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Türkiyə Super Liqasında çıxış edən “Konyaspor” klubunun hücumçusu zədə səbəbindən yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq. O, ölkə çempionatının XXVI turunda “Qalatasaray”la (2:1) matçda zədələnib.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Avstriya, 27-də isə İsveçə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununa çıxacaq. Hər iki qarşılaşma səfərdə baş tutacaq.

Commenti


bottom of page