top of page

Latviyanın keçmiş prezidenti: “Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”


“Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb”.

Bunu Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Belyəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan əhalisinin böyük hissəsi müsəlmandır:

“Burada dini azadlıq prinsip kimi tədbiq edilir. Azərbaycanda qadın hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinizlə bağlı sizi təbik edirəm. Vacib məsələ odur ki, müxtəlif səviyyələrdə mövqe sərgilənməli, dialoqlar aparılmalıdır. Çünki siz dialoqu başlatdıqda, hər tərəf buna maraqlı olmalıdır”.

O qeyd edib ki, dialoqu məhz bütün başa düşən tərəflərlə aparmaq lazımdır:

“Bu gün hər hansı ölkənin vətəndaşlarına qarşı hücumlar edilirsə, insanlar tələf olursa - Ukraynadakı kimi - bu, qəbul edilməzdir. Heç bir tərəfin digər ölkəyə dağıntlılar gətirmək, insanları məhv etmək, silahı işə salmaq hüququ yoxdur. Şadam ki, Azərbaycan Ukraynada gördüklərimizdən sığortalanıb. Hamımız buna çalışmalıyıq. Kiçik ölkə olaraq NATO-ya üzv olduq ki, böyük qonşu dövlətlərə qarşı öz müdafiəmizi təmin edə bilək. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, forumun növbəti günlərində də maraqlı fikir mübadiləsi apara biləcəksiniz. Həyatda qalmaq istəyiriksə, birgə çalışmalıyıq”.

コメント


bottom of page