top of page

Latviya Prezidenti: “Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı tribunal yaradılmalıdır”


Latviya Prezidenti Eqils Levits Ukraynada Rusiyanın hərbi cinayətləri üzrə tribunalın tezliklə yaradılmasına çağırıb.

Latviya Prezidenti bu barədə “Radio Free Europe/Radio Liberty”yə müsahibəsində deyib.

"Belə bir tribunal yaradılmalıdır. Biz Rusiyanın məğlub olmasını və ya Putinin hakimiyyətdən getməsini gözləməməliyik. O, yaradıla bilər və demək istərdim ki, bu, vaxtında olacaq, çünki bütün cinayətkarlar şəxsən tribunallarda iştirak etmirlər", - o deyib.

Eyni zamanda, Levits vurğulayıb ki, keçmiş Yuqoslaviyada bəzi cinayətkarlar qiyabi mühakimə olunublar və indi də oxşar prosedur həyata keçirilə bilər.

Comments


bottom of page