top of page

Kürdəmirdə elektirik dirəkləri və naqillər sakinlər üçün təhlükə yaradır - VİDEO


Kürdəmirdə elektirik dirəkləri və naqillər sakinlər üçün təhlükə yaradır

Elektirik dirəkləri qəzalı, naqillər istismar müddətini başa vurub, insanlar isə hər an təhlükə altında yaşayırlar...


Muğan TV xezerxeber.az-a istinadən bildirir ki, söhbət Kürdəmir rayonunun Çölqubalı kəndindən gedir.


Kəndin elektirik şəbəkəsi demək olar ki, sıradan çıxıb. İllərdir ki, dəyişdirilməyən dirəklər bir neçə istiqamətdə tamamilə qəzalı vəziyyətə düşüb. Bəzi yərlərdə isə agac parçalarından istifadə edilib.


Sakinlərin sözlərinə görə, elektrik dirəkləri və xətləri qəzalı vəziyyətdə olduğu üçün tez-tez enerjinin verilməsində fasilələr yaranır. Bu zaman evlərdə olan cihazlar da sıradan çıxır.

Kənddə çəkiliş apardığımız zaman "Azərışıq" Açıq Səhmdar Cəmiyyətinin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Kürdəmir Elektirik Şəbəkəsi əməkdaşları əraziyə gəldilər. Şəbəkənin baş mühəndisi İxtiyar İmanov "Xəzər Xəbər"ə şifahi olaraq bildirdi ki, Çölqubalı və Ərəbqubalı kəndlərinin ümumilikdə 746 abonenti var. Ötən il həmin kəndlərin elektirik şəbəkəsinin yenilənməsi üçün 300-ə yaxın dəmir dirək gətirilib. Hazırda kəndin digər tərəfində işlər aparılır. Apel ayından etibarən qalan dirəklər də gətirilərək bütövlükdə elektirik şəbəkəsi yenidən qurulacaq.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Comments


bottom of page