Türkiyənin "Konyaspor" klubunda ən çox ümid bəslənilən futbolçu Azərbaycan millisinin üzvü Mahir Emrelidir.
Mugantv "Yenihaberden" nəşrinə istinadən xəbər verir ki, son dörd turda xalsız qalan və bunların üçündə rəqib qapılarına yol tapa bilməyən Konya təmsilçisi 26 yaşlı hücumçudan çox şey gözləyir.
Azərbaycanlı forvardın növbəti matçlarda qollar və məhsuldar ötürmələr üçün meydana çıxacağı bildirilib.
Komanda mövsümün əvvəlində daha çox Muhammed Demirə şans verib. 32 yaşlı hücumçu istənilən formada olmadığı üçün və zədə səbəbindən rəqabətdə 36 yaşlı Mame Diufa uduzub. Seneqallı təcrübəli futbolçu isə ardıcıl son 4 qarşılaşmada fərqlənə bilməyib.
Qeyd edək ki, Türkiyə Super Liqası martın əvvəlində bərpa ediləcək. "Konyaspor" XXIII turda "Fənərbağça"nın qonağı olacaq.
Comments