top of page

KİV: “Pentaqonun yüksəkranqlı rəsmisi Tayvana səfər edəcək”


ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Çeyz yaxın günlərdə Tayvana səfər edəcək.

Mugantv xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” qəzeti yazıb.

Bildirilib ki, hazırda Pentaqonda Çinlə bağlı məsələlərə cavabdeh olan Çeyz hazırda Monqolustandadır və orada Monqolustan Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparır.

Qarşıdan gələn səfər Pentaqonun yüksəkranqlı rəsmisinin 2019-cu ildən bəri Tayvana ilk səfəri olacaq. 2019-cu ildə ABŞ müdafiə nazirinin Şərqi Asiya üzrə köməkçisinin o zamankı müavini Heyno Klink adaya səfər edib.

Pentaqon qarşıdan gələn səfərlə bağlı şərh verməkdən imtina edib.

Comments


bottom of page