Əfqanıstanın paytaxtı Kabildə Daxili İşlər Nazirliyinin Pasportların verilməsi idarəsinin yaxınlığında partlayış olub.
“məlumatı “Reuters” yayıb.
Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələ ki məlumat yayılmayıb. Partlayışın səbəbi də bilinmir.
Bildirilib ki, “Taliban” hakimiyyətə gələndən sonra pasportların verilməsində fasilə yaranmışdı. Ona görə də pasport idarəsinin qarşısında qələbəlik olur. “Taliban” hökuməti Əfqanıstanda pasportların verilməsinə dekabrın 18-də başlayıblar.
Comments