İsrail Prezidenti İsxak Hersoq bəzi müsəlman ölkələrinin liderləri ilə telefon danışıqları apararaq onları qarşıdan gələn müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.
Bu barədə çərşənbə axşamı dövlət başçısının dəftərxanası məlumat yayıb.
Məlumata görə, yəhudi dövlətinin başçısı son günlər Bəhreyn və İordaniya kralları - Əlahəzrət Həməd bin İsa Əl Xəlifə və II Abdullah, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə prezidentləri - Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Rəcəb Tayyib Ərdoğan, Fələstin lideri Mahmud Abbas, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıb.
Bundan əlavə, Hersoq Seneqal Prezidenti Makki Sall, Albaniya lideri Bayram Beqaya da zəng edib.
"Prezident bu liderlərlə telefon danışıqlarında regionda sülh və sabitliyə ümid etdiyini bildirib, onlara və xalqlarına sülh, xoşbəxtlik və sağlamlıq gətirəcək Ramazan ayı arzulayıb", - İsrail Prezidenti dəftərxanasının bəyanatında deyilir.
Comments