top of page

İngiltərəli baş məşqçi "Çelsi"nin tarixinə düşüb


Qrem Potter İngiltərənin "Çelsi" komandasının tarixinə düşüb.

Mugantv BBC-yə istinadən xəbər verir ki, o, London klubunun sükanı arxasında UEFA Çempionlar Liqasında pley-off mərhələsini adlayan ilk ingiltərəli baş məşqçi olub.

48 yaşlı mütəxəssis bunu evdə Almaniyanın "Borussiya" (Dortmund) klubuna 2:0 hesabı ilə qalib gəlməklə bacarıb. "Zadəganlar" Dortmunddakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsalar da, iki görüşün nəticəsinə əsasən 1/4 finala yüksəliblər.

Qeyd edək ki, "Çelsi" 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda Almaniya "Bavariya"sına uduzaraq, mübarizəni dayandırıb.

Comentarios


bottom of page