top of page

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib


Belçikanın “Gent” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı müəyyənləşib.

Gent təmsilçisi oyundan bir gün əvvəl Bakıya yollanmağı planlaşdırır.

Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun kollektivi matçdan dərhal sonra Belçikaya qayıdacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

Kommentare


bottom of page