Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Comments